"Sumqayıt" "Qəbələ" ilə oyunun baş hakimindən etiraz edib

"Sumqayıt" "Qəbələ" ilə oyunun baş hakimindən etiraz edib "O epizodda oyundankənar vəziyyət qeydə alınmalı idi"
Futbol
23 Sentyabr , 2016 16:48
Sumqayıt Qəbələ ilə oyunun baş hakimindən etiraz edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" ilə oyunda vurulan ilk qol epizoduna etiraz edib. Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

O, bildirib ki, 85-ci dəqiqədə ilk qol epizodunun başlanğıcında "Sumqayıt"ın futbolçusu Amit Quluzadəyə qarşı kobudluq olub. Lakin baş hakim Rauf Cabbarov bunu qeydə almayıb və oyunu davam etdirib. Epizodun davamında isə C.Sultanovun sözlərinə görə, Baqali Dabo oyundankənar vəziyyətdən qol vurub: "Həmin epizoda dəfələrlə baxdıq. Düzdür, həmin epizodda top futbolçumuz Vurğun Hüseynova dəyərək Dabonun önünə düşür. Amma zərbəni "Qəbələ"nin futbolçusu Sergey Zenyov vurub. Ötürmə bizim oyunçudan olsaydı, oyundankənar vəziyyət sayılmazdı. Əksinə, həmin epizodda Senyov Daboya ötürmə vermək istəyirdi. Bu səbəbdən də oyundankənar vəziyyət qeydə alınmalı idi".

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu 2:0 hesabı ilə başa çatıb. Mübahisəli qoldan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov etiraz bildirdiyi üçün texniki zonadan kənarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi