"Sumqayıt" "Qarabağ" üzərində üstünlüyü əldən verərək məğlub olub - VİDEO

"Sumqayıt" "Qarabağ" üzərində üstünlüyü əldən verərək məğlub olub - VİDEO Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində sonuncu ilk oyun keçirib
Futbol
11 Dekabr , 2017 21:27
Sumqayıt Qarabağ üzərində üstünlüyü əldən verərək məğlub olub - VİDEO

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində sonuncu ilk oyun keçirib.

"Report" xəbər verir ki, yarışın son qalibi "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

Matçda hesabı 24-cü dəqiqədə qonaqların futbolçusu Rəşad Eyyubov açıb. Lakin sumqayıtlılar fasilədən sonra üstünlüyü əldən veriblər. Ağdam təmsilçisinin heyətində Riçard Almeyda ilə Pedro Enrike fərqlənib. Onlar müvafiq olaraq 57 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar.

Digər 3 oyunda da meydan sahibləri qələbə qazanıblar. "Keşlə" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib, "Zirə" "Neftçi"ni, "Qəbələ" isə "Səbail"i 1 cavabsız qolla məğlub edib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi