"Sumqayıt" - "Qarabağ" matçında Aprel şəhidləri anılıb - FOTO

"Sumqayıt" - "Qarabağ" matçında Aprel şəhidləri anılıb - FOTO Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən Sumqayıt - Qarabağ matçından əvvəl Kapital Bank Arenada Aprel döyüşlərinin ildönümü qeyd olunub.
Futbol
1 Aprel , 2019 19:39
Sumqayıt - Qarabağ matçında Aprel şəhidləri anılıb - FOTO

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ"  matçından əvvəl "Kapital Bank Arena"da Aprel döyüşlərinin ildönümü qeyd olunub. 

"Report"un məlumatına görə, hər iki komanda və hakimlər briqadası meydana üzərində "Şəhidlər ölməz, vətən bölünməz!" yazılmış formalarla çıxıblar. 

Bu yazıda həm də döyüşlər zamanı şəhid olanların fotoları əksini tapıb. Komandalar meydana çıxarkən dövlət himni ilə yanaşı, həmçinin Aprel şəhidlərinin adları səsləndirilib. Tribunadan "Burada" cavabı verilib, "Şəhidlər ölməz, Vətən bölünməz!" sədaları ucalıb.

Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 4:0.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi