"Sumqayıt" "Qarabağ"dan ayrılan qapıçını transfer edib

"Sumqayıt" "Qarabağ"dan ayrılan qapıçını transfer edib 36 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb
Futbol
3 İyun , 2016 15:53
Sumqayıt Qarabağdan ayrılan qapıçını transfer edib

Bakı. 3 iyun. REPORT.AZ/ "Sumqayıt" futbol klubu 2016/2017 futbol mövsümü üçün ilk transferini reallaşdırıb. "Report"un məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Sumqayıt futbol məktəbinin yetirməsi olan 2006-cı ildən "Qarabağ"da çıxış edən Fərhad Vəliyevi heyətinə qatıb. 

36 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş təcrübəli qapıçı 2006-cı ildən bəri 32 dəfə Azərbaycan millisində meydana çıxıb.

Qeyd edək ki, Fərhad Vəliyev karyerası ərzində "Neftçi" (2003/2004) və "Qarabağ"la (2013/2014, 2014/2015, 2015/2016) ümumilikdə 4 dəfə Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə ("Neftçi" 2001/2002, 2003/2004 / "Qarabağ" 2008/2009, 2014/2015, 2015/2016) Azərbaycan kubokunu başı üzərinə qaldırıb.

Son xəbərlər

Orphus sistemi