"Sumqayıt" klubunun prezidenti hədəflərini açıqlayıb

"Sumqayıt" klubunun prezidenti hədəflərini açıqlayıb "Biz hər il daha iddiaçı klublarla futbolçu satırıq"
Futbol
10 Avqust , 2015 11:08
Sumqayıt klubunun prezidenti hədəflərini açıqlayıb

Bakı. 10 avqust. REPORT.AZ/ "Komandada vəziyyət pis deyil. Heyətdə istədiyimiz futbolçular var". Bunu "Report"a açıqlamasında "Sumqayıt" futbol klubunun prezidenti Kamran Quliyev deyib.

Məhəmməd Qurbanovun "Neftçi"yə transfer olduğunu bildirən klub prezidenti qeyd edib ki, hər il daha iddiaçı klublarla futbolçu satırlar: "Bu da klubun gəlir mənbəyidir". 

K.Quliyev rəhbərlik etdiyi klubun bu gün yeni mövsümdə keçirəcəyi ilk oyundan danışıb. O, bildirib ki, ötənilki heyətin 75-80 faizi qalıb: "Komandada demək olar ki, əksəriyyəti eyni simalardır. Rəqibimiz "Rəvan" Premyer Liqaya qayıtdığına görə, futbolçuları meydançaya əzmlə çıxacaq. Təbii ki, biz də elə olacağıq. Nəticənin necə olacağını isə zaman göstərəcək".

Klub prezidenti komandanın yeni mövsümdəki hədəflərindən söz açıb: "İlk olaraq hədəfimiz ötənilki nəticəni yaxşılaşdırmaqdır. Son mövsümdə 8-ci yeri tutmuşduqsa, bu il ən azından 7-ci olmalıyıq. Hesab edirəm ki, ötən mövsüm layiq olduğumuz yerdə olmadıq. Öz səhvlərimizdən xal itirdik".

Son xəbərlər

Orphus sistemi