​"Sumqayıt" klubunda yeni təyinat rəsmiləşib

​"Sumqayıt" klubunda yeni təyinat rəsmiləşib Aqil Məmmədov texniki direktor təyin olunub
Futbol
11 Yanvar , 2016 17:07
​Sumqayıt klubunda yeni təyinat rəsmiləşib

Bakı. 11 yanvar. REPORT.AZ/ "Sumqayıt" futbol klubunda növbəti təyinat rəsmiləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının qərarına əsasən, Aqil Məmmədov klubda texniki direktor vəzifəsinə gətirilib.

44 yaşlı mütəxəssis bundan sonra "Sumqayıt"ın akademiyasına rəhbərlik edəcək. A.Məmmədov bu gün akademiyanın məşqçi və inzibati heyətinə təqdim edilib.

Qeyd edək ki, Aqil Məmmədov "Sumqayıt"da baş məşqçi vəzifəsində də çalışıb. O, 2015-ci il oktyabrın 5-də tutduğu vəzifədən istefa verib və yerinə Samir Abasov təyin olunub.

Son xəbərlər

Orphus sistemi