​"Sumqayıt" klubu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb

​"Sumqayıt" klubu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb Futbolçu mövsüm sonunadək "Sumqayıt"da çıxış edəcək
Futbol
8 Yanvar , 2016 16:35
​Sumqayıt klubu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında 6 aylıq müqavilə imzalanıb.

Futbolçu ilə münasibətlər bu gün rəsmiləşdirilib. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 70 nömrəli forma ilə çıxış edəcək.

2006-cı ildən Azərbaycan millisinin formasını geyinən Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.

Qeyd edək ki, Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Bakı", "İnter", Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantep BB" və "Boluspor" klublarının şərəfini qoruyub. Onun sonuncu komandası isə "Qəbələ" olub.

Son xəbərlər

Orphus sistemi