Bakı. 3 iyul. REPORT.AZ/ "Sumqayıt" klubunun baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.
"Report"un klubun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda fiziki hazırlıq üzrə məşqçi Anton Dyaçenko ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Dyaçenko 2011-2017-ci illər ərzində Kiyev "Dinamo"sunun, 2017-2018 mövsümündə isə "Şaxtyor"un akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.