Bakı. 29 yanvar. REPORT.AZ/ "Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün ikinci yarısı üçün 22 futbolçu sifariş edib.
"Report"un məlumatına görə, klubun Peşəkar Futbol Liqasına təqdim etdiyi siyahıya yeni transferlər Səlahət Ağayev, Rasim Ramaldanov, Vaqif Cavadov, Nicat Muxtarov və İlqar Hüseynov da əlavə edilib.
Qapıçı S.Ağayev yeni komandasında 1, müdafiəçi R.Ramaldanov 99, yarımmüdafiəçilərdən V.Cavadov 70, N.Muxtarov 8, İ.Hüseynov isə 23 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" qış fasiləsində 7 futbolçu ilə yollarını ayırıb.