​"Sumqayıt" klubu Səlahət Ağayevlə müqavilə imzalayıb

​"Sumqayıt" klubu Səlahət Ağayevlə müqavilə imzalayıb 25 yaşlı qapıçı mövsüm sonunadək Sumqayıt komandasının şərəfini qoruyacaq
Futbol
13 Yanvar , 2016 19:32
​Sumqayıt klubu Səlahət Ağayevlə müqavilə imzalayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev "Sumqayıt"la müqavilə imzalayıb. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O bildirib ki, 25 yaşlı qapıçı mövsüm sonunadək "Sumqayıt"ın şərəfini qoruyacaq. Qapıçının hansı nömrə ilə çıxış edəcəyi isə yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Səlahət Ağayev karyerası ərzində MOİK və "İnter"in şərəfini qoruyub. O, 2012-2013-cü illərdə "Sumqayıt"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi