"Sumqayıt" klubu qış hazırlıq planını açıqlayıb

"Sumqayıt" klubu qış hazırlıq planını açıqlayıb "Gənclik şəhəri" Sumqayıtda və Antalyada 6 yoxlama oyunu keçirəcək
Futbol
10 Yanvar , 2018 15:55
Sumqayıt klubu qış hazırlıq planını açıqlayıb

Bakı. 10 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubunun qış hazırlıq planına tam aydınlıq gəlib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-dən hazırlığa başlayan "gənclik şəhəri" təmsilçisi yanvarın 19-dək Sumqayıtda çalışacaq.

Baş məşqçi Samir Abasovun planına əsasən, bu müddət ərzində komanda 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 15-də rəqib "Qaradağ Lökbatan", yanvarın 18-də isə "Səbail" olacaq. Görüşlər "Kapital Bank Arena"da baş tutacaq.

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq. "Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Abasovun komandası yanvarın 25-də Polşanın "Poqon", yanvarın 28-də Makedoniyanın "Akademiya Pandev", yanvarın 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi