"Sumqayıt" klubu AZAL və "Qəbələ"dən ayrılan futbolçularla müqavilə bağlayıb - ƏLAVƏ OLUNUB

"Sumqayıt" klubu AZAL və "Qəbələ"dən ayrılan futbolçularla müqavilə bağlayıb - ƏLAVƏ OLUNUB Rail Məlikovla Vadim Abdullayev 1 illik anlaşmaya imza atıblar
Futbol
21 İyun , 2016 16:33
Sumqayıt klubu AZAL və Qəbələdən ayrılan futbolçularla müqavilə bağlayıb - ƏLAVƏ OLUNUB

Bakı. 21 iyun. REPORT.AZ/ 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha iki futbolçu ilə müqavilə imzalayıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Rail Məlikovla Vadim Abdullayevdir. 

Məlikov ötən mövsüm Bakının AZAL komandasında çıxış edib. O, "təyyarəçilər"in kapitanı olub. Təcrübəli müdafiəçi karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illərdə 40 dəfə Azərbaycan millisinin formasını geyinib.

Daha bir yeni transfer isə son olaraq "Qəbələ"də çıxış etmiş 22 yaşlı dayaq yarımmüdafiəçisi Vadim Abdullayevdir. O, əvvəllər "Bakı" və "Simurq"un heyətində də çıxış edib. Həm Məlikov, həm də Abdullayev 1 illik anlaşmaya imza atıblar.

Son xəbərlər

Orphus sistemi