"Sumqayıt" klubu növbəti futbolçu transferini həyata keçirib

"Sumqayıt" klubu növbəti futbolçu transferini həyata keçirib "Zirə"dən ayrılan yarımmüdafiəçi ilə müqavilə bağlanılıb
Futbol
10 İyun , 2017 14:59
Sumqayıt klubu növbəti futbolçu transferini həyata keçirib

Bakı. 10 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu 2017/2018 mövsümü üçün növbəti futbolçu transferini həyata keçirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Cavid Tağıyevlə 1 illik müqavilə bağlanılıb.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Zirə"də çıxış edib. O, "Sumqayıt"a azad agent kimi keçib.

Qeyd edək ki, Cavid Tağıyev "Turan, AZAL, "Kəpəz" və "Qarabağ"ın da formasını geyinib. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və əsas millisinin şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi