"Sumqayıt" klubu "Neftçi"dən ayrılan futbolçu ilə müqavilə bağlayıb

"Sumqayıt" klubu "Neftçi"dən ayrılan futbolçu ilə müqavilə bağlayıb 26 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb
Futbol
4 May , 2017 20:13
Sumqayıt klubu Neftçidən ayrılan futbolçu ilə müqavilə bağlayıb

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" klubu gün ərzində ikinci futbolçu transferini həyata keçirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi"dən ayrılan Cavid İmamverdiyevlə müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb. 

Daha əvvəl "Sumqayıt" "Kəpəz"in kapitanı Tural Axundovu heyətinə qatıb. 

Qeyd edək ki, Cavid İmamverdiyev "Neftçi"dən başqa, "Karvan" və "Elazığspor"un da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi