“Sumqayıt” klubu “Kəpəz” komandasının kapitanı ilə müqavilə bağlayıb

“Sumqayıt” klubu “Kəpəz” komandasının kapitanı ilə müqavilə bağlayıb Tural Axundov 1 illik müqavilə imzalayıb
Futbol
4 May , 2017 15:02
“Sumqayıt” klubu “Kəpəz” komandasının kapitanı ilə müqavilə bağlayıb

Bakı. 4 may. REPORT.AZ/ “Sumqayıt” futbol klubu Tural Axundovu sıralarına qatıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt təmsilçisi "Kəpəz"in kapitanı ilə 1 illik müqavilə imzalayıb.

T.Axundov "Kəpəz"dən başqa, "Muğan", "Rəvan" və "Simurq"un formasını geyinib.

Qeyd edək ki, “Sumqayıt” bir neçə gün öncə komandanın müdafiəçiləri – Vurğun Hüseynov, Bəxtiyar Həsənəlizadə və Rail Məlikovla müqavilənin müddətini artırıb.

Son xəbərlər

Orphus sistemi