Yuxarı

"Sumqayıt" klubu İslamiadanın qalibi ilə yeni müqavilə bağlayıb

"Sumqayıt" klubu İslamiadanın qalibi ilə yeni müqavilə bağlayıb 1421
İyirmi üç yaşlı futbolçu yenə 19 nömrəli formanı geyinəcək

Bakı. 25 may. REPORT.AZ/ "Sumqayıt" klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sol cinah müdafiəçisi Azər Salahlı ilə 1 illik anlaşma əldə olunub. 

İyirmi üç yaşlı futbolçu yenə 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Azər Salahlı 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub. O, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi