Yuxarı
    Bağlamaq

    "Sumqayıt" klubu "İnter"lə oyuna itki ilə çıxacaq

    Slavik Alxasov fərdi məşqlərə başlayıb

    Bakı. 1 noyabr. REPORT.AZ/ "Sumqayıt" klubu futbol üzrə Topaz Premyer Liqasının XI turunda "İnter" komandası ilə oyuna itki ilə çıxacaq. Klubdan "Report"a verilən məlumata görə, müdafiəçi Slavik Alxasov zədəsini tam sağaltsa da, hələlik fərdi məşqlərlə kifayətlənir. 

    Klubun həkimləri Azərbaycanın 21 yaşadək yığma komandasında da çıxış edən futbolçunun oyunadək hazır ola bilməyəcəklərini söyləyiblər. 

    Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Sumqayıt" - "İnter" oyunu saat 16:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi