"Sumqayıt" klubu hücumçusu ilə yeni müqavilə bağlayıb

"Sumqayıt" klubu hücumçusu ilə yeni müqavilə bağlayıb Amil Yunanov daha 2 il komandada qalacaq
Futbol
6 İyun , 2016 19:27
Sumqayıt klubu hücumçusu ilə yeni müqavilə bağlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçusu Amil Yunanovla müqavilə müddətini uzadıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu ilə 2 illik yeni anlaşma əldə olunub.

Yunanov 2018-ci ilin iyununadək komandada qalacaq.

Qeyd edək ki, Amil Yunanov 2015/2016 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada ümumilikdə 26 qarşılaşmada (1509 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 12 top keçirib. Bu göstərici ilə gənc forvard ötən mövsüm komandasının ən sərrast futbolçusu olub. "Sumqayıt" daha öncə "Qarabağ"ın qapıçısı Fərhad Vəliyevlə müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi