"Sumqayıt" klubu heyətinə yeni qapıçı cəlb edib

"Sumqayıt" klubu heyətinə yeni qapıçı cəlb edib Mehti Cənətovla 1,5 illik müqavilə imzalanıb
Futbol
9 Mart , 2017 17:30
Sumqayıt klubu heyətinə yeni qapıçı cəlb edib

Bakı. 9 mart. REPORT.AZ/ "Sumqayıt" klubu heyətinə yeni qapıçı cəlb edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın "Anji" komandasında çıxış edən Mehti Cənətovla müqavilə bağlanılıb.

1992-ci il təvəllüdlü futbolçu 1,5 illik anlaşmaya qol çəkib.

Qeyd edək ki, M.Cənətov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi