"Sumqayıt" klubu daha bir müdafiəçisi ilə müqavilə müddətini uzadıb

"Sumqayıt" klubu daha bir müdafiəçisi ilə müqavilə müddətini uzadıb Bəxtiyar Həsənalızadə 1 illik anlaşmaya imza atıb
Futbol
1 May , 2017 14:02
Sumqayıt klubu daha bir müdafiəçisi ilə müqavilə müddətini uzadıb

Bakı. 1 may. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçusu Bəxtiyar Həsənalızadə ilə müqavilə müddətini uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı müdafiəçi daha 1 il "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.

O, Vurğun Hüseynov və Rail Məlikovun ardından yeni anlaşmaya qol çəkən üçüncü müdafiəçi olub.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 2011-ci ildən komandada olan müdafiəçi ümumilikdə 117 oyunda forma geyinib. 

Son xəbərlər

Orphus sistemi