Yuxarı

"Sumqayıt” klubu azadlığa buraxılan futbolçu Nicat Muxtarovla bağlı mövqeyini açıqlayıb

"Sumqayıt” klubu azadlığa buraxılan futbolçu Nicat Muxtarovla bağlı mövqeyini açıqlayıb
Yarımmüdafiəçinin klubdakı taleyi ilə bağlı məhkəmədən sonra qərar veriləcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ “Sumqayıt” klubu bir müddət əvvəl həbs olunan futbolçusu Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı mövqeyini açıqlayıb.

“Report”un məlumatına görə, Sumqayıt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin klubdakı taleyi ilə bağlı məhkəmə yekunlaşdıqdan sonra qərar verəcək. 

Bildirilir ki, onun “Sumqayıt”a qayıtması istintaq başa çatandan sonra mümkün olacaq: “Nicat Muxtarov azadlıqdadır, buna sevinirik. İstintaq müddəti bitmədən onun "Sumqayıt"a qayıtması mümkün olmayacaq. Məhkəmə yekunlaşdıqdan sonra klubda qalıb-qalmaması ilə bağlı qərar verəcəyik”.

Qeyd edək ki, N.Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi