"Sumqayıt" klubu 20 yaşlı müdafiəçi ilə müqavilə imzalayıb

"Sumqayıt" klubu 20 yaşlı müdafiəçi ilə müqavilə imzalayıb Bakı. 12 iyun. REPORT.AZ/ “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
Futbol
12 İyun , 2018 17:37
Sumqayıt klubu 20 yaşlı müdafiəçi ilə müqavilə imzalayıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi “Qəbələ”nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb. 

Bu, "Sumqayıt"ın 4-cü transferi olub. Nazim Süleymanovun baş məşqçi olduğu kollektivə daha əvvəl Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyev cəlb edilib. 

Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də “Sumqayıt"ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi