"Sumqayıt" "Keşlə"nin qapıçısını icarəyə götürüb

"Sumqayıt" "Keşlə"nin qapıçısını icarəyə götürüb Bakı. 17 avqust. REPORT.AZ/ 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən Sumqayıt daha bir futbolçunu heyətinə cəlb edib.
Futbol
17 Avqust , 2018 18:32
Sumqayıt Keşlənin qapıçısını icarəyə götürüb

Bakı. 17 avqust. REPORT.AZ/ 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə"nin qapıçısı Orxan Sadıqlı icarə əsasında “Sumqayıt”da çıxış edəcək. O, 15 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" və "Keşlə"nin şərəfini qorumuş Sadıqlı Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

Son xəbərlər

Orphus sistemi