Yuxarı

​"Sumqayıt" klubu Antalyada təlim-məşq toplanışı keçirməkdən imtina edib

Ölkə daxilində hazırlıq keçəcək ilk Azərbaycan Premyer Liqa klubu müəyyənləşib

Bakı. 25 dekabr. REPORT.AZ/ "Biz təlim-məşq toplanışını ölkə daxilində keçirəcəyik. Heç bir xarici ölkəyə səfər olmayacaq". Bunu "Report"a açıqlamasında "Sumqayıt" futbol klubunun prezidenti Kamran Quliyev deyib.

Onun sözlərinə görə, yanvarın 5-də bir araya gələcək komanda toplanışı Sumqayıt şəhərində keçirəcək. Klub prezidenti bu dəfəki toplanışın xarici ölkədə keçirilən toplanışla heç bir fərqinin olmayacağını vurğulayıb. O, komandanın Sumqayıtda otellərin birində qalacağını və yoldaşlıq görüşlərinin də planlaşdırdığını söyləyib. K.Quliyev 3-4 yoxlama oyununun keçiriləcəyini, lakin rəqiblərin hələ dəqiqləşmədiyini deyib.

Qeyd edək ki, "Sumqayıt" fasilədən sonra ilk oyununu yanvarın 30-da səfərdə "İnter"ə qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi