Yuxarı
    Bağlamaq

    "Sumqayıt"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib

    O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır

    Bakı. 20 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub. Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

    AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən qapıçı 1998/1999 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.

    Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.

    Ölkə çempionatında 1997/1998 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi