"Sumqayıt"ın kapitanı: "Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu"

"Sumqayıt"ın kapitanı: "Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu" Gəncə. 4 may. REPORT.AZ/ Ağır oyun oldu. Gəncə səfərləri həmişə çətin olur. Çalışırdıq ki, buradan üç xalla dönək. Amma alınmadı. Yaxşı ki, bir xal qazana bildik. Heç nə edə bilmərik. Bu oyunu unutmalıyıq. Növbəti matçda Qəbələ ilə qarşılaşacağıq. Həmin oyuna yaxşı hazırlaşmalıyıq. Düşünürəm ki, həmin oyunda daha yaxşı nəticə əldə edə bilərik.
Futbol
4 May , 2018 20:23
Sumqayıtın kapitanı: Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu

Gəncə. 4 may. REPORT.AZ/ "Ağır oyun oldu. Gəncə səfərləri həmişə çətin olur. Çalışırdıq ki, buradan üç xalla dönək. Amma alınmadı. Yaxşı ki, bir xal qazana bildik. Heç nə edə bilmərik. Bu oyunu unutmalıyıq. Növbəti matçda "Qəbələ" ilə qarşılaşacağıq. Həmin oyuna yaxşı hazırlaşmalıyıq. Düşünürəm ki, həmin oyunda daha yaxşı nəticə əldə edə bilərik".

Bunu "Report"a açıqlamasında "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 

30 yaşlı müdafiəçi yaranan qol imkanlarından yararlana bilmədiklərini söyləyib: "Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu. Amma istifadə edə bilmədik. Penaltiyə mən səbəb oldum. Futbolda belə hallar olur. Amma onun təsirinə düşsəydim, uduza da bilərdik. Bərabərlik qolunu vurduq və bir xal qazana bildik".

Hüseynov daha sonra bu görüşə məğlub olmaq üçün gəlmədiklərini sözlərinə əlavə edib: "Gəncə səfərinə xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, bir xalla kifayətləndik. Futboldur. Belə hallar çox olur".

O, son olaraq çempionatda keçirəcəkləri iki oyun haqqında da danışıb: "Qarşıda iki oyunumuz qalıb. Həmin matçlar finala bərabər olacaq. Çalışacağıq ki, doğma meydanda qələbə qazanaq". 

Son xəbərlər

Orphus sistemi