"Sumqayıt"ın kapitanı bir oyunluq cəzalandırılıb

"Sumqayıt"ın kapitanı bir oyunluq cəzalandırılıb Bakı. 23 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Sumqayıtın futbolçusu Vurğun Hüseynovu bir oyunluq cəzalandırıb.
Futbol
23 Oktyabr , 2018 14:45
Sumqayıtın kapitanı bir oyunluq cəzalandırılıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynovu bir oyunluq cəzalandırıb.

"Report" xəbər verir ki, səbəb 30 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la ev matçının 15-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almasıdır. Klub isə meydandan qovulan kapitanına görə 200 manat cərimə ödəməli olacaq. 

Daha əvvəl "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov bu oyundan sonra təşkil olunan mətbuat konfransında Hüseynovun klub tərəfindən də cəzalandırılacağını açıqlayıb. Təcrübəli futbolçu növbəti turda "Qəbələ" ilə ev oyununda iştirak etməyəcək. 

"Sabah" isə bu görüş zamanı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib. Qarşılaşma "Sumqayıt"ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Analoji cəzaya "Zirə" klubu da məruz qalıb. Qəsəbə təmsilçisinin 4 oyunçusu səfərdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə alıb. 

Son xəbərlər

Orphus sistemi