Yuxarı

"Sumqayıt"ın futbolçusu Portuqaliya klubuna keçib

"Sumqayıt"ın futbolçusu Portuqaliya klubuna keçib

Bakı. 4 avqust. REPORT.AZ/ "Sumqayıt"ın iyulun 3-də Avstriyanın "Qarabağ Vyana” klubundan heyətinə cəlb etdiyi Dmitri Nağıyev karyerasını Portuqaliyada davam etdirəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı sağ cinah müdafiəçisi I Divizionda çıxış edən "Cova da Piedade" klubu ilə müqavilə imzalayıb.

"Sumqayıt" Azərbaycan futbolunun inkişafını, azərbaycanlı futbolçuların və milli komandalarımızın mənafeyini ön planda tutaraq Nağıyevin Portuqaliya klubuna transfer olunmasına razılıq verib.

Qeyd edək ki, 2012-ci ildən Ukrayna “Dnepr”ində (13 oyun, 1 qol) çıxış etmiş Dmitri Nağıyev ötən mövsüm “Qarabağ Vyana”da 15 oyuna 1 qol vurub. Nağıyev həmçinin Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi