"Sumqayıt"ın futbolçusu: "Belə “Keşlə”yə hazır deyildik" - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu: "Belə “Keşlə”yə hazır deyildik" - MÜSAHİBƏ Bakı. 19 aprel. REPORT.AZ/ Sumqayıtın futbolçusu Rəşad Eyubovun Keşlə komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra Reporta müsahibəsi
Futbol
19 Aprel , 2018 10:50
Sumqayıtın futbolçusu: Belə “Keşlə”yə hazır deyildik - MÜSAHİBƏ

Bakı. 19 aprel. REPORT.AZ/ "Sumqayıt"ın futbolçusu Rəşad Eyubovun "Keşlə" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra "Report"a müsahibəsi

- Finala yüksələ bilməməyinizə nə mane oldu?

- Böyük ölçüdə heç bir şey mane olmurdu. “Keşlə” ilə eyni durumda idik. Çünki onlar da bizim kimi 3 gündənbir oynayırdılar. Bu məğlubiyyətin heç bir bəraəti ola bilməz. Hesab edirəm ki, iki oyunun nəticəsinə görə “Keşlə” layiqli qələbə qazandı.

- Necə düşünürsünüz: "Keşlə" "Sumqayıt"ı hansı komponentdə üstələməyi bacardı?

- İlk növbədə, onların oyun üslubunu qeyd edərdim. Hansı ki, müəyyən anlarda bizim oyun dəst-xəttimizi üstələyə bildilər. Bəli, məşqçimiz “Keşlə”ni təhlil etmişdi. Biz hər şeyə hazır idik. Ancaq görünür, belə “Keşlə”yə hazır deyildik. Eyni zamanda yaratdığımız imkanlardan istifadə edə bilmədik və üstəlik, qol buraxdıq. Səfərdə qol vurmamağımız da işimizə əngəl oldu. Bütün bunların cəmi ümumi hesabda məğlub olmağımızı şərtləndirdi.

- Bəlkə komanda ardıcıl qələbələrdən yorulmuşdu?

- İnanmıram ki, kimsə qələbələrdən doya bilər. Bu, olduqca pozitiv hissdir. Məğlubiyyətlərdən bezmək, yorulmaq olar, qələbələrdən yox.

- Bəs ayrı-ayrı oyunçuların “ulduz” xəstəliyinə tutulmaları necə? Hər halda, baş məşqçiniz ad çəkməsə də, bir neçə dəfə kimlərinsə bu arzuolunmaz “xəstəliyə” tutulmasına dair açıqlamalar verib...

- İçi mən qarışıq, hər bir futbolçu başa düşür ki, zirvəyə qalxmaq olduqca çətindir. Ancaq həmin zirvədə qalmaq bundan qat-qat ağırdır. İnanmıram ki, kimsə belə edə və oyunlara lazımınca köklənməyə.

- Kubokun finalından kənarda qalmağınız çempionatda qalan matçlara mənfi təsirini göstərə bilər?

- Nə gizlədim, indi əhvalımız heç yerində deyil, hamı dilxordur. Lakin aprelin 19-dan hər birimiz çempionatın növbəti turuna hazır olmalıyıq. Bəli, Kubokun finalından məhrum olduq, lakin qarşıda bizi çempionat oyunlarında 5 final qarşılaşması gözləyir.

Son xəbərlər

Orphus sistemi