"Sumqayıt"ın baş məşqçisi və "Zirə"nin qapıçısı cəzalandırılıb

"Sumqayıt"ın baş məşqçisi və "Zirə"nin qapıçısı cəzalandırılıb Analoji hadisə yenidən təkrarlanacağı təqdirdə, daha ağır sanksiya tətbiq olunacaq
Futbol
21 Fevral , 2017 12:44
Sumqayıtın baş məşqçisi və Zirənin qapıçısı cəzalandırılıb

Bakı. 21 fevral. REPORT.AZ/ "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. "Report"un məlumatına görə, bu barədə komitənin iclasında qərar çıxarılıb.

Gənc mütəxəssis AZAL komandası ilə Azərbaycan Premyer Liqasının XIX tur matçında texniki zona qaydalarını pozduğu üçün növbəti turda "Zirə" ilə görüşü tribunadan izləməli olacaq. Bu hal ikinci dəfə təkrarlandığından, Abasovun klubu 1600 manat cərimələnib. Analoji hadisə yenidən təkrarlanacağı təqdirdə, "Sumqayıt"a daha ağır sanksiya tətbiq olunacaq.

Növbəti tur qarşılaşmasını "Zirə"nin qapıçısı Anar Nəzirov da buraxmalı olacaq. O, "İnter"lə qarşılaşmanın 74-cü dəqiqəsində sonuncu ümid foluna görə, birbaşa qırmızı vərəqə alıb. Bununla əlaqədar Nəzirov klubunu 200 manat ziyana salıb. Ötən tur qarşılaşmasında həm də "İnter"in 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, klub 800 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi