"Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib

"Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib Samir Abasovun əsas komandanın baş məşqçisi postunda işini davam etdirməsinə dair qərar qəbul olunub
Futbol
3 Avqust , 2017 18:22
Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün "Sumqayıt” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda müxtəlif mövzulara toxunulub, bəzi vacib məsələlər barəsində fikir mübadiləsi aparılıb. Həmçinin ötən mövsümün nəticələri müzakirə edilib, əsas əvəzedici komandanın 2017/2018 futbol mövsümünə hazırlıq mərhələləri dəyərləndirilib. 

Akademiyadakı ümumi iş və yeniliklər barəsində məlumat çatdırılmaqla yanaşı, Müşahidə Şurası tərəfindən bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

İclasda "Sumqayıt"ın əsas komandasının baş məşqçisi Samir Abasov da iştirak edib. Onun ötən mövsüm üçün hesabatı dinlənilib.

Müşahidə Şurası baş məşqçi və onun köməkçiləri ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qərar verib.

Qeyd edək ki, Samir Abasov 2015-ci ilin oktyabrında “Sumqayıt”ın baş məşqçisi postunda Aqil Məmmədovu əvəzləyib.

Son xəbərlər

Orphus sistemi