“Sumqayıt” baxışa iki futbolçu cəlb edib

“Sumqayıt” baxışa iki futbolçu cəlb edib Bakı. 8 yanvar. REPORT.AZ/ “Sumqayıt” baxışa iki futbolçu cəlb edib.
Futbol
8 Yanvar , 2019 12:13
“Sumqayıt” baxışa iki futbolçu cəlb edib

Bakı. 8 yanvar. REPORT.AZ/ “Sumqayıt” baxışa iki futbolçu cəlb edib.

Bu barədə “Report”a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, bildirib ki, Mirkamil Həşimli və Valeh Seyidovu sınayırlar.

Vaxtilə Türkiyənin “Fənərbağça” klubunun aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Həşimlinin son iş yeri I Divizion təmsilçisi “Şüvəlan” olub. “Bakı”nın yetirməsi olan Seyidov isə bir müddət əvvəl Portuqaliyanın II divizionunun Şimal zonasında mübarizə aparan "Louletano”dan ayrılıb.

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində qapıçılar - Aydın Bayramovla Rəşad Əzizlini heyətinə cəlb edib. Bundan başqa “Zirə”dən müdafiəçi Adil Nağıyevi alan “gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni əks marşrutla göndərib.

Son xəbərlər

Orphus sistemi