Almaniyada “Ştutqart” futbol klubunun məşq bazasında bomba tapılıb

Almaniyada “Ştutqart” futbol klubunun məşq bazasında bomba tapılıb II Dünya Müharibəsindən qalan partlayıcı qurğu meydançalardan birinin qazonu dəyişdirilərkən aşkarlanıb
Futbol
22 Sentyabr , 2017 14:10
Almaniyada “Ştutqart” futbol klubunun məşq bazasında bomba tapılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Almaniya Bundesliqasında mübarizə aparan “Ştutqart” futbol klubunun məşq bazasında bomba tapılıb.

“Report” “Bild”ə istinadən xəbər verir ki, II Dünya Müharibəsindən qalan partlayıcı qurğu meydançalardan birinin qazonu dəyişdirilərkən aşkarlanıb.

Hadisə yerinə gələn mütəxəssislər 50 kq-lıq mərmini zərərsizləşdiriblər.

Qeyd edək ki, 2009-cu ildə “Ştutqart”ın ev oyunlarını keçirdiyi “Mercedes-Benz Arena”da yenidənqurma işləri aparılan zaman 34 bomba tapılıb.

Son xəbərlər

Orphus sistemi