Stiven Monroz: "II mərhələdəki oyunlarımız daha çətin keçəcək"

Stiven Monroz: "II mərhələdəki oyunlarımız daha çətin keçəcək" Neftçinin futbolçusu Stiven Monroz Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldova Sperantsasını 6:0 (ilk oyun 3:0) hesabı ilə məğlub etdikəri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
19 İyul , 2019 08:09
Stiven Monroz: II mərhələdəki oyunlarımız daha çətin keçəcək

"Neftçi"nin futbolçusu Stiven Monroz Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldova "Sperantsa"sını 6:0 (ilk oyun 3:0) hesabı ilə məğlub etdikəri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" fransalı hücumçunun müsahibəsini təqdim edir...

Rusiya "Arsenal"ı ilə oyunöncəsi iki matça doqquz qol vurdunuz. Bu, sizin üçün yaxşı motivasiya oldu?

- Əlavə motivasiyaya ehtiyacımız yoxdur. Biz hər oyuna kifayət qədər motivasiya ilə çıxırıq. Onu da başa düşürük ki, II mərhələdəki oyunlarımız daha çətin keçəcək. Çünki rəqibimiz daha səviyyəli komandadır. Onu da vurğulayım ki, evdə azarkeşlər önündə qalib gəlmək bizim üçün ikiqat vacib oldu.

Futbolçular üçün əsl motivasiya pul hesab edilir. İddialara görə “Sperantsa” səddini keçdiyiniz üçün 3 min manat mükafat almısınız. Yəqin ki, “Arsenla”la oyunda daha çox pul istəyəcəksiniz...

- Bu, sadəcə, şayiədir.

“Qəbələ”də daha çox driblinqlər edirdiniz. “Neftçi”də isə fərqli cür çıxış edirsiniz.

- Düz vurğuladınız. “Neftçi” mənim yeni komandamdır. Heyətimizdə Dario və Platellas kimi texnikalı oyunçular mövcuddur. Hər bir oyunçunun da vəzifəsi var. Onu deyə bilərəm ki, driblinqlərim də olacaq. Yavaş-yavaş komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəyəm. Hazırda kifayət qədər texnikalı oyunçularımız var.

“Qəbələ”dən sizinlə bərabər Rauf Əliyev və Voislav Stankoviç “Neftçi”yə gəldi. Uyğunlaşmaq bu baxımdan çətin olmayacaq ki?

- Təbii ki, Raufla Stankoviçin burada olması mənə kömək edir. Onsuz da komandaya uyğunlaşıram. İki oyuna iki qol vurmuşam. Bunun üçün çox xoşbəxtəm və əminəm ki, ardı da gələcək.

Son xəbərlər

Orphus sistemi