Yuxarı

Stiven Cerrard “Liverpul”un U-19 komandasına baş məşqçi təyin edilib

Stiven Cerrard “Liverpul”un U-19 komandasına baş məşqçi təyin edilib
O, sabiq komandasına qayıdıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ İngiltərə millisinin sabiq futbolçu Stiven Cerrard “Liverpul”a dönüb.

“Report” xəbər verir ki, 37 yaşlı mütəxəssis mersisaydlıların U-19 komandasının baş məşqçisi təyin edilib.

Cerrard UEFA Gənclər Liqasında mübarizə aparacaq kollektivə rəhbərlik edəcək. “Liverpul” Rusiyanın “Spartak”, İspaniyanın “Sevilya” və Sloveniyanın “Maribor” klubları ilə bir qrupda yer alıb. Veteran futbolçu baş məşqçi kimi sentyabrın 13-də “Sevilya” ilə ev oyununda debüt edəcək.

Qeyd edək ki, peşəkar futbolçu karyerasına "Liverpul"da başlayan Stiven Cerrard 17 il bu komandanın şərəfini qoruyub və uzun müddət kapitan sarğısı daşıyıb. O, 2015-ci ildə ABŞ-ın "Los-Anceles Qalaksi" klubuna transfer olunub. Cerrard ötən yay karyerasını bitirib. 2000 - 2014-cü illərdə İngiltərə yığmasının şərəfini qorumuş sabiq yarımmüdafiəçi 114 matça çıxıb və 21 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi