Yuxarı

​Cerrard rəsmi olaraq "Los Angeles Galaxy" klubuna keçib

​Cerrard rəsmi olaraq "Los Angeles Galaxy" klubuna keçib
Liverpulun kapitanı klubla 1,5 illik müqavilə imzalayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ İngilis futbolçu Stiven Cerrard rəsmi olaraq "Los Angeles Galaxy" klubunun oyunçusu elan olunub.

"Report" xəbər verir ki, "Liverpul"un kapitanı MLS Kubokunun hazırki qalibi ilə 1,5 illik müqavilə imzalayıb.

"Biz bu cür səviyyəli futbolçunu almağımızdan çox məmnunuq. Cerrard dünyanın ən yaxşı futbolçularından biridir. Yarımmüdafiəçi bizim gənclər üçün əla nümunə olacaq", - deyə klubun baş məşqçisi Bryus Arena bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi