Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Stiven Cerrard yeni klubunda ilk qolunu vurub. "Report" xəbər verir ki, bu, müntəzəm MLS çempionatında baş verib.
Kaliforniya təmsilçisi "San-Xose Ertkveyks"i darmadağın edib - 5:2. 37-ci dəqiqədə komandasının 2-ci qolunu vuran Cerrard hesabda tarazlıq yaradıb.
Qeyd edək ki, "Los-Anceles Qelaksi" 22 turdan sonra MLS-in Qərb Konfransında 34 xalla liderdir.