​Steven Cerrard "Liverpul"da vida oyununa çıxacaq

​Steven Cerrard "Liverpul"da vida oyununa çıxacaq Yarımmüdafiəçi "Enfild" stadionunda meydan sahibi kimi sonuncu oyununu keçirəcək
Futbol
16 May , 2015 17:21
​Steven Cerrard Liverpulda vida oyununa çıxacaq
Stiven Cerrard

Bakı. 16 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Steven Cerrard bu axşam "Enfild" stadionunda son oyununa çıxacaq. 

"Report"un məlumatına görə, ingiltərəli yarımmüdafiəçi Premyer Liqanın XXXVII turunda "Kristal Pelas"a qarşı doğma meydanda keçiriləcək oyunda son dəfə "Liverpul" formasını geyinəcək.

1998-ci ildə "topçular"ın heyətində debüt edən 35 yaşlı futbolçu 17 ildə 708 rəsmi matça çıxıb və rəqib komandaların qapısına 185 qol vurub. Klubun internet saytına verdiyi açıqlamada Cerrard bu gecənin çətin olacağını bildirib. O, "Liverpul"un heyətində son dəfə meydana çıxacağı matçın ailəsi, dostları və azarkeşləri üçün təsirləndirici olacağını deyib.

Son xəbərlər

Orphus sistemi