Stefan Əl-Şaravi: "Meydanda ürəyimizi qoyduq"

Stefan Əl-Şaravi: "Meydanda ürəyimizi qoyduq" ​İtaliya millisinin futbolçusu Azərbaycan yığması ilə matçdan sonra sualları cavablandırıb.
Futbol
11 Oktyabr , 2015 00:38
Stefan Əl-Şaravi: Meydanda ürəyimizi qoyduq

İtaliya millisinin və Fransanın "Monako" klubunun futbolçusu Stefan Əl-Şaravi Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?

- Mərhələ adlamaq baxımından çox vacib qələbə qazandıq. Oyuna bir həftəyədək hazırlıq keçmişdik. Meydançada ürəyimizi qoyduq. Fransaya yollanacağımızdan çox şadıq.

- "Qarabağ"la qarşıdakı oyunlar barədə nə deyə bilərsiniz?

- Çox yaxşı, mütəşəkkil komandaya qarşı mübarizə aparacağıq. Həmin oyunda özümüzü göstərməyə çalışacağıq. "Qarabağ"ın çox yaxşı komanda olduğunu bilirik. Buna görə özümüzü bu görüşə tam kökləyəcəyik.

- Bu oyunadək Azərbaycan futbolu barədə təsəvvürünüzü "Qarabağ" yaratmışdı, yoxsa ümumilikdə məlumatlı idiniz?

- Təsəvvürlərim bu oyundan başlayır. Azərbaycan millisi fərdi cəhətdən hazırlıqlı futbolçulardan ibarət kollektivdir. 4 oyundur uduzmurdunuz və buna görə çox ciddi hazırlaşmışdıq. Azərbaycan millisinin oyununu çox bəyəndim.

Son xəbərlər

Orphus sistemi