Stanimir Stoilov: "Qazaxıstan futbolu illərdir heç nə göstərməyib"

Stanimir Stoilov: "Qazaxıstan futbolu illərdir heç nə göstərməyib" Bakı. 5 iyun. REPORT.AZ/ Bütün Qazaxıstanı qələbə münasibətilə təbrik etmək istərdim. Futbolçularım yaxşı oyun sərgiləməyi bacardıqlarını göstərdilər. Nəticə ikinci yerdə idi. Əsas məsələ odur ki, inkişaf üçün potensialımız var.
Futbol
5 İyun , 2018 21:13
Stanimir Stoilov: Qazaxıstan futbolu illərdir heç nə göstərməyib

Bakı. 5 iyun. REPORT.AZ/ "Bütün Qazaxıstanı qələbə münasibətilə təbrik etmək istərdim. Futbolçularım yaxşı oyun sərgiləməyi bacardıqlarını göstərdilər. Nəticə ikinci yerdə idi. Əsas məsələ odur ki, inkişaf üçün potensialımız var".

"Report"un məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov evdə Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. 

Bolqarıstanlı mütəxəssis bildirib ki, qələbə komandada hər şeyin qaydasında olması anlamına gəlməməlidir: "Futbolçularımız ilk yarım saat ərzində yaxşı oynadılar, sonra isə yoruldular və artıq ön xətdə aqressivlik çatmadı. Ümidvaram ki, avrokubok matçları futbolçularımıza səviyyələrini qaldırmaqda kömək edəcək. Əvəzləmədən meydana daxil olanların oyunu gücləndirmələri sevindirici haldır. Bu, komandamızdakı rəqabətdən xəbər verir. Əlbəttə, problemlər hələ çoxdur. Onları həll etmək lazımdır. Futbolçular artırmalıdırlar. Bütün 90 dəqiqəni ilk yarım saatdakı kimi oynamaq lazımdır".

Stoilov yığmaya ölkəsi üçün vuruşan futbolçuları çağıracağını da vurğulayıb: "Həmişə demişəm ki, qazaxıstanlı oyunçuların potensialları, ləyaqətləri var. Heç kim uduzmaq istəmir. Oyunçular öz nüfuzları naminə döyüşdülər. Bu, göz önündə idi. Oyuna köklənmə var idi. Demirəm ki, biz Millətlər Liqasını qazanacağıq. Əsas məsələ odur ki, addım-addım irəli gedirik. Qazaxıstan futbolu illərdir heç nə göstərməyib. Qısa vaxtda bu komandanın dünyada ən güclü "20-liy"ə çıxması mümkünsüzdür. Klublara minnətdaram. Çünki futbolçular məhz orada yetişirlər".

Son xəbərlər

Orphus sistemi