​SSRİ yığmasına olimpiya çempionluğu qazandıran futbolçu vəfat edib

​SSRİ yığmasına olimpiya çempionluğu qazandıran futbolçu vəfat edib "Spartak"ın sabiq hücumçusu Anatoli İlyin 85 yaşında dünyasını dəyişib
Futbol
10 Fevral , 2016 23:31
​SSRİ yığmasına olimpiya çempionluğu qazandıran futbolçu vəfat edib

Bakı. 10 fevral. REPORT.AZ/ Məşhur Sovet futbolçusu Anatoli İlyin vəfat edib.

"Report"un məlumatına görə, SSRİ yığmasının və "Spartak"ın sabiq hücumçusu 85 yaşında ikən dünyasını dəyişib.

İlyin 27 iyun 1931-ci ildə doğulub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında futbol yarışının finalında həlledici qolun müəllifi kimi tarixə düşüb. Əfsanəvi futbolçu olimpiya çempionluğundan əlavə 5 dəfə (1952, 1953, 1956, 1958, 1962) SSRİ çempionu, 2 dəfə (1950, 1958) SSRİ Kubokunun sahibi olub.

Son xəbərlər

Orphus sistemi