SSRİ millisinin sabiq futbolçusu: "Neftçi”yə uduzmaq Əhməd Ələsgərov üçün faciə idi"

SSRİ millisinin sabiq futbolçusu: "Neftçi”yə uduzmaq Əhməd Ələsgərov üçün faciə idi" "Bilirəm ki, dəfələrlə onun diktator olduğunu deyiblər"
Futbol
19 Yanvar , 2018 13:43
SSRİ millisinin sabiq futbolçusu: Neftçi”yə uduzmaq Əhməd Ələsgərov üçün faciə idi

Bakı. 19 yanvar. REPORT.AZ/ “Bəli, tərs adam idi. Bilirəm ki, dəfələrlə onun diktator olduğunu deyiblər. Amma mənə toxunmayıb”.

“Report” xəbər verir ki, bunu SSRİ millisinin sabiq futbolçusu Sergey Seku moldfootball.com saytına müsahibəsində Azərbaycan millisinin mərhum baş məşqçisi Əhməd Ələsgərov barədə danışarkən söyləyib.

1988/1989 mövsümündə Ə.Ələsgərovun rəhbərliyi altında çıxış edən veteran futbolçu “Neftçi” ilə oyunu xatırlayıb. O bildirib ki, bakılılara uduzmaq azərbaycanlı baş məşqçi üçün faciə olub: “Almaniya Federativ Respublikası ilə oyundan sonra "Nistru"nun düşərgəsinə gələndən sonra Ələsgərov dərhal mənə dedi: "Hazırlaş, bir neçə gündən sonra əsas heyətdə meydana çıxacaqsan. Həmin vaxt Voronej “Fakel”ini qəbul edirdik. Oyun 1:0 hesablı qələbəmizlə başa çatdı. Daha sonra Kişinyovda "Neftçi"yə uduzduq - 2:4. Oyundan sonra Ələsgərovun rəngi buluddan da qara idi. Çünki "Neftçi”yə uduzmaq onun üçün faciə idi”.

Qeyd edək ki, Əhməd Ələsgərov karyerası ərzində 2 dəfə Azərbaycan millisinə rəhbərlik etməklə yanaşı, 3 dəfə “Neftçi”nin baş məşqçisi olub. Onun “Nistru”ya rəhbərlik etdiyi 1988/1989 mövsümündə İsgəndər Cavadov da komandanın heyətində yer alıb.

Son xəbərlər

Orphus sistemi