"Sportinq"lə oyun Rəşad Sadıqov və Maksim Medvedev üçün əlamətdar olub

"Sportinq"lə oyun Rəşad Sadıqov və Maksim Medvedev üçün əlamətdar olub Bakı. 29 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya Sportinq ilə oyun Qarabağın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.
Futbol
29 Noyabr , 2018 22:10
Sportinqlə oyun Rəşad Sadıqov və Maksim Medvedev üçün əlamətdar olub

Bakı. 29 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya "Sportinq" ilə oyun "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.

"Report" xəbər verir ki, 36 yaşlı kapitan avrokuboklarda 100-cü oyununa çıxıb. O, bu göstəriciyə nail olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.

Qitə miqyaslı turnirlərdə 15-ci mövsümünü keçirən mərkəz müdafiəçisi indiyə qədər 99 oyunda 8414 dəqiqə meydanda olub. O, bu görüşlərdə 7 qol vurub, 11 sarı və 1 qırmızı vərəqə alıb.

Bu qarşılaşma eyni zamanda Maksim Medvedev üçün də yaddaqalan olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 80-ci oyununa çıxıb. O, qitə miqyaslı turnirlərdə 16 iyul 2009-cu il tarixində Avropa Liqasında "Rusenborq"la səfər qarşılaşmasında debüt edib.

Qeyd edək ki, "Qarabağ" və "Sportinq" futbolçuları meydana şəhid övladları ilə çıxıb.

Son xəbərlər

Orphus sistemi