"Sportinq"in baş məşqçisi "Vorskla"ya "Qarabağ"ı yenməyi arzulayıb

"Sportinq"in baş məşqçisi "Vorskla"ya "Qarabağ"ı yenməyi arzulayıb Vasili Saçko: "Onlar asan məğlub ediləcək rəqib deyil"
Futbol
5 Oktyabr , 2018 12:03
Sportinqin baş məşqçisi Vorsklaya Qarabağı yenməyi arzulayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Qarabağ” ilə oyuna pozitiv yanaşırıq. Onlar asan məğlub ediləcək rəqib deyil. “Qarabağ” böyük komandadır, ancaq biz də oyuna hazır olub mübarizə aparacağıq”.

“Report”un məlumatına görə, bunu Ukraynanın “Vorskla” komandasının baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin II turunda “Sportinq”ə evdə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. 43 yaşlı mütəxəssis “Qarabağ” ilə keçirəcəkləri növbəti oyuna qədər zədəli futbolçuların geri dönməsinin onlar üçün yaxşı olacağını bildirib: “Zədəli futbolçularımızın bərpa olunmalarını gözləyəcəyik. Aleksandr Kobaxidze, Denis Vasin, Aleksandr Çijovun zədəli olması bizim üçün böyük itkidir. “Qarabağ”la oyunda qələbə qazanmaq istəyirik. Fikrimcə, düşdüyümüz vəziyyətdən çıxacağıq”.

“Sportinq”in baş məşqçisi Joze Pezeyru isə “Vorskla”ya doğma meydanda ”Qarabağ” və “Arsenal”ı məğlub etməyi arzu edib: ”Biz oyunun sonuna qədər qələbəyə inandıq. Son dəqiqələrdə vurduğumuz qollarla 3 xalı qazandıq. Rəqibimiz çox yaxşı çıxış etdi. Onlara ”Qarabağ” və “Arsenal”la oyunlarda qələbə qazanmağı arzulayıram”.

Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, təkrar qarşılaşma isə noyabrın 8-də Poltavada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi