Yuxarı

"Sportinq"in 11 futbolçusu "Qarabağ"la matçda iştirak etməyəcək

"Sportinq"in 11 futbolçusu "Qarabağ"la matçda iştirak etməyəcək
Portuqaliya təmsilçisi Bakıya itkilərlə gəlir

Bakı. 27 noyabr. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçı üçün Bakıya 18 futbolçu ilə gəlir.

"Report" Portuqaliya KİV-inə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer bu görüşdə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil.

IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb. 

Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib. 

Qeyd edək ki, "Sportinq" Bakıya bu axşam gələcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi