"Spartak" Rusiya klublarının avrokuboklar tarixində ən böyük məğlubiyyətini alıb - VİDEO

"Spartak" Rusiya klublarının avrokuboklar tarixində ən böyük məğlubiyyətini alıb - VİDEO "Liverpul" ilə keçirilən qarşılaşma 7:0 hesabı ilə başa çatıb
Futbol
7 Dekabr , 2017 03:43
Spartak Rusiya klublarının avrokuboklar tarixində ən böyük məğlubiyyətini alıb - VİDEO

Bakı. 7 dekabr. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu Çempionlar Liqasının 6-cı turunda Rusiyanın "Spartak" komandasını darmadağın edib.

“Report” xəbər verir ki, Liverpul şəhərinin "Enfild" stadionunda keçirilən görüş ev sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyət Rusiya klublarının indiyə qədər avrokuboklarda keçirdiyi oyunlar arasında rekord olub. Bundan əvvəl Rusiya klubları heç vaxt 6 top fərqindən artıq məğlub olmayıblar.

17 mart 1993-cü il tarixində MOİK Çempionlar Liqasında "Marsel"ə, 14 sentyabr 1993-cü ildə isə UEFA Kubokunun 1/32 final matçında "Dinamo" "Ayntraxt"a (Frankfurt-na-Mayne) 0:6 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi