"Spartak" klubu Aleksandr Səmədovu transfer edib

"Spartak" klubu Aleksandr Səmədovu transfer edib 32 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddətini və maliyyə tərəflərini açıqlanmır
Futbol
16 Yanvar , 2017 13:52
Spartak klubu Aleksandr Səmədovu transfer edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya milli komandası və Moskvanın "Lokomotiv" klubunun futbolçusu Aleksandr Səmədov "Spartak"a keçib. "Report"un məlumatına görə, bununla bağlı iki klub arasında transfer müqaviləsi bağlanılıb. 

"Spartak"ın rəsmi saytı 32 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddətini və maliyyə tərəflərini açıqlamayıb. Müqavilə yanvarın 18-dən qüvvəyə minəcək. Təcrübəli futbolçu 12 ildən sonra doğma klubuna qayıtmasından böyük həyəcan və sevinc hissi keçirdiyini bildirib. 

Qeyd edək ki, Aleksandr Səmədovun atası azərbaycanlı, anası rusdur. O, "Spartak"da 2012-ci ilin noyabrında debüt edib və 59 oyuna 9 qol vurub. 2005 - 2016-cı illərdə o, iki dəfə "Lokomotiv"də, həmçinin "Moskva" və "Dinamo" klublarında forma geyinib. Səmədov bu mövsüm 15 oyuna 4 qol vurduğu "dəmiryolçular"ı baş məşqçi Yuri Syominlə münasibətləri pozulduğu üçün tərk edib. Futbolçu 2011-ci ildən Rusiya yığmasına çağırılmağa başlayıb. O, 35 oyuna 5 qol vurub, 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi