Şotlandiyalı azarkeşlər Fələstinə yardım edəcək

Şotlandiyalı azarkeşlər Fələstinə yardım edəcək Azarkeşlər topladığı pulu fələstinlilərə verəcək
Futbol
24 Avqust , 2016 11:58
Şotlandiyalı azarkeşlər Fələstinə yardım edəcək

Bakı. 24 avqust. REPORT.AZ/ Şotlandiyanın "Seltik" futbol klubunun azarkeşləri Fələstinə yardım edəcək. "Report"un məlumatına görə, artıq azarkeşlər bununla bağlı pul da toplayıb.

Çempionlar Liqasının "pley-off" mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə Şotlandiyada keçirilmiş ilk oyunda yerli azarkeşlər Fələstin bayrağı açıblar. Bu səbəbdən, UEFA "Seltik"i 13 min funt cərimələyib. Cəzanın ardından bir araya gələn şotlandiyalı azarkeşlər bu məbləğin iki qatını toplayıb və həmin pulu fələstinli qaçqınlara verməyi qərara alıblar.

Qeyd edək ki, "Seltik" ilk oyunda 5:2 hesablı qələbə qazanıb. Cavab görüşündə Şotlandiya təmsilçisi 0:2 hesabı ilə məğlub olsa da, ümumi nəticəyə görə qrup mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi