Şotlandiyanın "Reyncers" klubu baş məşqçisini istefaya göndərib

Şotlandiyanın "Reyncers" klubu baş məşqçisini istefaya göndərib 46 yaşlı Kayşinya komandaya mart ayında gətirilmişdi
Futbol
27 Oktyabr , 2017 01:58
Şotlandiyanın Reyncers klubu baş məşqçisini istefaya göndərib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Şotlandiyanın "Reyncers" klubunun baş məşqçisi Pedru Kayşinya istefaya göndərilib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə yolları ayırmaq barədə qərar Şotlandiya Premyer Liqasının 11-ci turunda "Kilmarnok"la (1:1) keçirilən ev oyunundan bir gün sonra qəbul edilib. Bundan bir neçə gün əvvəl "Reyncers" öz meydanında Liqa Kubokunun yarımfinal mərhələsində "Mazervell"ə (0:2) uduzub.

46 yaşlı Kayşinya "Reyncers"ə cari ilin mart ayında gətirilib. Komanda onun rəhbərliyi altında 26 oyundan 14-də qalib gəlib.

"Reyncers" Şotlandiya çempionatı cədvəlində hazırda 4-cü mövqedə qərarlaşıb. Komanda lider "Seltik"dən 8 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi