​Şotlandiya yığmasının baş məşqçisi: “Bakıdakı Avropa çempionatında Azərbaycanla oyunu düşünmürəm” - MÜSAHİBƏ

​Şotlandiya yığmasının baş məşqçisi: “Bakıdakı Avropa çempionatında Azərbaycanla oyunu düşünmürəm” - MÜSAHİBƏ Skot Qemmill: "Hazırda bütün diqqətimizi Belçikaya qarşı keçirəcəyimiz ilk oyuna yönəltmişik"
Futbol
2 May , 2016 08:55
​Şotlandiya yığmasının baş məşqçisi: “Bakıdakı Avropa çempionatında Azərbaycanla oyunu düşünmürəm” - MÜSAHİBƏ

Bakı. 2 may. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Şotlandiya yığmasının baş məşqçisi Skot Qemmillin "Report"a müsahibəsi:

- Avropa çempionatının startına artıq bir neçə gün qalıb. Şotlandiya yığması qitə birinciliyinə nə dərəcədə hazırdır?

- Komandamızın üzvləri öz klublarında ölkə birinciliyində çıxış edirlər. Biz yalnız aprelin 30-da bir araya gəldik və ertəsi gün Bakıya üz tutduq. Ona görə də hansısa hazırlıq keçməmişik.

- Azərbaycan millisi haqda hansı məlumatlarınız var?

- Hazırda bütün diqqətimizi Belçikaya qarşı keçirəcəyimiz ilk oyuna yönəltmişik. Ona görə də açığı, indi Azərbaycanla oyunu düşünmürəm. Rəqib haqda məlumatsızam. Yalnız Belçika ilə görüşdən sonra bu barədə fikirləşmək olar.

- Şotlandiya millisinə Azərbaycan - Portuqaliya görüşündə hansı nəticə sərf edir?

- Portuqaliya yığması çox güclüdür. Heyətlərində yaxşı futbolçular var. Bu komanda turnirin ən güclülərindən biridir. Amma Azərbaycan millisinin oyununu görməmişəm. Ona görə dəqiq fikir yürütmək olmaz.

- Portuqaliya yığmasının A qrupunun əsas favoriti olması fikri ilə razısınız?

- Bəli, razıyam.

- Bəs, çempionatın favoritləri kimi hansı komandaları görürsünüz?

- Normalda favoritlər daim eyni ölkələr olur. Ötən il Fransa çempion olub. Bu komanda ilə yanaşı, Almaniya, İngiltərə, Hollandiya yığmaları da daim yaxşı çıxış edirlər. Bu komandaların hamısı yaxşı heyətə malik olurlar.

Son xəbərlər

Orphus sistemi